Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub
07 Noy 2022 09:37

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun mükafatlandırma mərasimi olub.

yarışda ilk üç yeri tutmuş komandalar qızıl, gümüş və bürünc medallarla təltif ediliblər.

Üçüncü yerin sahibi Dünya yığmasına medalları Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Gümüş medal qazanmış Azərbaycan yığmasının üzvlərini Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin büro üzvü Namiq Əliyev mükafatlandırıb.

Çempion olan İran komandasının medallarını isə Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, həmçinin UWW Avropanın prezidenti Karl-Martin Ditman təqdim edib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.