Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTO

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTO
05 Noy 2022 16:48

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

 Bakı İdman Sarayındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin (UWW) büro üzvü, həmçinin UWW Avropanın prezidenti Karl-Martin Ditman iştirak ediblər.

Yarış haqqında məlumat verildikdən sonra Fərid Qayıbov çıxış edib. Qonaqları salamlayan nazir güləşin Azərbaycanda ən məşhur idman növlərindən biri olduğunu vurğulayıb: “Bu növdə kifayət qədər yaxşı nəticələrimiz var. Azərbaycan Güləş Federasiyası da çox fəaldır. Dünya Kubokunun təşkilatçılığı da bunu deməyə əsas verir. Dövlətin güləşə və idmana qayğısı var. Dünən Bakıda cüdo üzrə Böyük Dəbilqənin açılışında iştirak etdik. Bu gün isə başqa irimiqyaslı turnir başlayıb. İdman daim dövlətimizin və Prezidentin diqqətindədir. Bu yarışda və gələcəkdə digər turnirlərdə mübarizə aparacaq idmançılarımıza uğurlar arzulayıram”.

Karl-Martin Ditman yarışın əhəmiyyətindən danışıb və UWW prezidenti Nenad Laloviçin adından salamlarını çatdırıb.

Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. İlk olaraq meydana Azərbaycanın, daha sonra isə digər ölkələrin bayraqları gətirilib.

09:22

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

“Report”un məlumatına görə, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.

İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.

Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.

Saat 17:00-dan A qrupunun İran-Qırğızıstan, Qırğızıstan-Türkiyə və B qrupunun Azərbaycan-Dünya yığması görüşləri keçiriləcək.

B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.

Photostock.az oyundan görüntülər lentə alıb:

 


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.