Azərbaycanlı dünya çempionu: “Bu titul uşaqlıq arzum idi” - VİDEO

Azərbaycanlı dünya çempionu: “Bu titul uşaqlıq arzum idi” - VİDEO
24 Okt 2022 09:31

“Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi”.

Bu sözləri FIDE-nin rəsmi “Facebook” səhifəsinə açıqlamasında gənc qadınlar arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayeva deyib.

Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib:

“Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orada titul aldım. Amma bu, mənim ilk dünya çempionluğum idi. Çox xoşbəxtəm”.

Dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayan Gövhər Beydullayeva bunun xüsusi duyğu olduğunu deyib:

“Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır”.

Azərbaycanlı dünya çempionu qarşıdakı hədəfləri haqqında da danışıb:

“Yəqin ki, Dünya Kubokuna qatılacam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəm”.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.