Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəldi - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəldi - YENİLƏNİB
21 Okt 2022 09:30

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İtaliya təmsilçisi Elena Espositoya qalib gəlib.

Qeyd edək ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı U-23 dünya çempionatında ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gələrək yarımfinala yüksəlib.

09:40

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə) üz-üzə gələcək.

62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosla (Venesuela), 65 kq-dakı Nigar Mirzəzadə isə Nerea Blanko (İspaniya) ilə görüşəcək.

Bu gün həmçinin 50 kq çəki dərəcəsində Şəhanə Nəzərova təsəlliverici görüşdə Sarra Hamdi (Tunis) ilə güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.