Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazandı

Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazandı
20 Okt 2022 10:21

Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 2 gümüş medal qazanıb.

67 kq-da çıxış edən "Zirvə" İdman Klubunun üzvü yaşı 20-dək olan idmançılar arasında qüvvəsinı sınayıb.

Birdən qaldırmada 140 kq-ı ram edən Cavadov bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 165 kq-ı başı üzərinə qaldıran idmançı bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Toplam 305 kq (140+165) nəticə göstərən atlet yekun sıralamada 2-ci yeri tutub.

Eyni çəkidə mübarizə aparan "Təhsil" İOEUGİŞ Məktəbinin təmsilçisi Murad Əliyev isə yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov (61 kq) yaşı 20-yə qədər olan iştirakçılar arasında 2 gümüş 1 bürünc, İsa Rüstəmov (67 kq) isə 3 qızıl medal əldə edib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.