Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Kiyev səması yenidən hava hücumuna məruz qalıb.
“Ümumilikdə 21 hava hücumu olub. Onlardan 3-ü raket, qalanları isə dron hücumudur”, - deyə jurnalist qeyd edib.
O da bildirilib ki, Donetsk istiqamətində separatçılar atəşi müvəqqəti olaraq dayandırıb. Buna səbəb kimi səfərbərliklə bağlı psixoloji problemlərin olduğu göstərilir.
Həmçinin qeyd edilib ki, Donetsk vilayətində azərbaycanlılara məxsus daha 40 ev və mülki obyekt demək olar ki, tamamilə dağıdılıb, 10-dan çox həmyerlimiz isə evsiz qalıb.
Türkiyə Silahlı Qüvvələrinin “Qış təlimi-2023” təlimləri sərt hava şəraitində - Qarsda 17 dərəcə şaxtada keçirilir.
Ukraynada müharibə davam edir.
Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.