Ötən gecə Rusiya Xəzərdən Ukraynaya raketlər atıb - VİDEO

Ötən gecə Rusiya Xəzərdən Ukraynaya raketlər atıb - VİDEO
12 Okt 2022 13:31


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynaya Rusiya Ordusu tərəfindən 29 raket zərbəsi endirilib:

“Bunlardan 20-si Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Raketlər əsasən Xəzər dənizinin Həştərxana düşən hissəsindən buraxılıb”.

O da qeyd edilib ki, Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. 32 Ukrayna hərbçisi geri qaytarılıb. 

“Həmçinin meyiti Rusiya Ordusunun əlinə keçən bir hərbçinin nəşi də geri qaytarılıb.  O, müharibəyə qədər “Dinamo” (Lvov) futbol klubunun uşaqlar üzrə məşqçisi olub”, - deyə məlumatda bildirilib.

Ətraflı videonu təqdim edirik:

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.