Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb

Putin Rusiya vətəndaşlığının verilməsi haqqında yeni fərman imzalayıb
01 Okt 2022 10:28


Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlığı almaq istəyən şəxslər üçün şərtləri asanlaşdırıb.  

Belə ki, Rusiya dövlət başçısı Rusiyada hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbilərin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrində, digər qoşun növlərində və hərbi birləşmələrdə azı bir il müddətinə hərbi xidmət keçmək üçün müqavilə bağlamış və ən azı altı ay döyüş fəaliyyətində iştirak etmiş xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq üçün ərizə ilə müraciət edə bilər.

Mənbə: RBC

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.