Rumen Radev: “Avropanın daha 3 ölkəsi Azərbaycandan əlavə qaz almaq istəyir”

Rumen Radev: “Avropanın daha 3 ölkəsi Azərbaycandan əlavə qaz almaq istəyir”
01 Okt 2022 10:13


“Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya Azərbaycandan əlavə qaz almaq istəyir”.

 bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir. Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər. Bu təklif sabah rəsmi olaraq təqdim ediləcək. Biz bunu Avropa Komissiyasının Prezidenti və bu 4 ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksəksəviyyəli görüş təşkil edə bilərik. Bununla da layihəni irəli apara bilərik, bu layihəyə start verə bilərik”, - dövlət başçısı deyib.

R.Radev vurğulayıb ki, hazırda qaza olan yüksək tələbat və böhran şəraitində yeni imkanlar axtarışındadırlar:

“Prezident Əliyev və mən müxtəlif məsələləri, müxtəlif fikirləri müzakirə etdik. Çünki bizə sement istehsalında, şüşə istehsalında və digər istehsalat sahələrində qaz lazımdır. Azərbaycan da müxtəlif məhsullar istehsal edir. Beləliklə, biz birbaşa Azərbaycandan qaz həcmi ala biləcəyik. Bu, çox vacib bir məsələdir və bu qaz bizim vasitəmizlə artıq üçüncü ölkələrin bazarlarına nəql edilə bilər. Biz burada nəqliyyat xərclərinə və vaxta qənaət edirik. Bu prosesdə Bolqarıstan daha fəal iştirak edəcək və bizim qaz şirkətimiz olan “Bulqarqaz” da daha fəal rol oynayacaq. Biz təbii ki, bu məsələni cənab Əliyevlə yenə də müzakirə edəcəyik ki, bizim imkanlarımız nədən ibarətdir, hansı variantlarımız var. Biz bu məsələdə maraqlıyıq və təbii qazı elektrik enerjisinə çevirmək məsələsini də nəzərdən keçirəcəyik. Bu, təkcə Bolqarıstan üçün deyil, həm də Avropa İttifaqı üçün mühüm məsələdir. Əlbəttə ki, Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çox mühüm əhəmiyyətə malikdir”.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.