Deputat qiymət artımının qarşısının alınması üçün ƏDV-nin azaldılması təklifi ilə çıxış etdi

Deputat qiymət artımının qarşısının alınması üçün ƏDV-nin azaldılması təklifi ilə çıxış etdi
30 Sent 2022 16:11


“Dünyada ərzaq məhsullarının qiyməti durmadan artır. Buna Rusiya-Ukrayna müharibəsi də təsir edir”.

 bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ayrı-ayrı dövlətlər arasında iqtisadi-ticari əlaqələrin pozulması bu prosesə təsir etməkdədir:

“Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün bu proseslərdən kənarda qala bilmir. Baxmayaraq ki, ərzaq qiymətlərinin artmasının qarşısının alınması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıqlar verilir.

Amma bu da kifayət etmir. Pərakəndə satış müəssisələrində ərzaq məhsullarına da digər məhsullar kimi 18% ƏDV tətbiq edilir.

İndiki zaman kəsimində bunu endirmək xalqımızın maraqlarına uyğun olardı. Burada müxtəlif variantlar ola bilər. İndiki halda 18% ƏDV çoxdur və bunu diferensiallaşdırmaq olar. İkincisi rüsumlarla bağlıdır.

Azərbaycana xaricdən də ərzaq məhsulları gəlir. Azərbaycana xaricdən gələn qida məhsullarına tətbiq edilən rüsumu da ya aşağı salmaq, ya da ümumilikdə ləğv etməyi təklif edirəm”.

17 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

17 Apr 2024
Cəmiyyət

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.

17 Apr 2024
Cəmiyyət

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.

17 Apr 2024
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

17 Apr 2024
Cəmiyyət

Milli Məclisdə dinləmə keçirilir

Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində" movzusunda dinləmə keçirilir.