Ukraynalılar sülhdən əllərini üzdülər - VİDEO

Ukraynalılar sülhdən əllərini üzdülər - VİDEO
30 Sent 2022 15:52


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Dnepropetrovsk vilayəti Rusiya Silahlı Qüvvələri tərəfindən ağır raket atəşlərinə məruz qalıb. Onlar arasında “İsgəndər” tipli raketlər də var. 

Jurnalistin sözlərinə görə, Rusiyanın zəbt etdiyi Ukrayna torpaqlarını özünə birləşdirməklə bağlı qərar qəbul etməsi ukraynalıların qəzəbinə səbəb olub:

“İctimaiyyətdə belə bir fikir var ki, indiyə qədər tərəflər arasında danışıqların baş tutması mümkün idisə, artıq bu qərar onu da alt-üst edir”.

Həmçinin qeyd edilib ki, separatçıların nəzarətində olan Donetsk və Luqanskda yaşayan insanlar məcburi “referendum”a dəvət edilirlər. Onlar arasında azərbaycanlılar da var. 

“Xeyli azərbaycanlı həm məcburi “referendum”dan, həm də səfərbərlikdən yayınaraq, müxtəlif yollarla Avropaya və Ukraynanın nəzarətindəki əraziyə köç edib”, - deyə Mübariz Aslanov əlavə edib.

23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.