Həkəri və Bərgüşad çayları üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur

Həkəri və Bərgüşad çayları üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur
30 Sent 2022 15:48


“Ağdam, Cəbrayıl və Füzulidə su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir”.

realpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, növbəti il üçün Qarabağda görüləcək işlərlə bağlı əsas istiqamət əraziyə dəymiş ziyanın aradan qaldırılmasıdır:

“Bu istiqamətdə meşəbərpa işlərinin aparılması nəzərdə tutulub. O cümlədən Zəngilan və Cəbrayılda ilin sonuna qədər meşə zolaqları çəkiləcək. Qarabağ su ehtiyatı baxımından çox zəngindir. Həmin su ehtiyatları imkan verir ki, həmin bölgələr su ehtiyatına olan tələbatını ödəsin”.

“Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir. Həkəri və Bərgüşad çayları üzərində də su anbarlarının tikilməsi nəzərdə tutulur”, - deyə nazir müavini qeyd edib.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.