Bakının bu küçəsi təmir edilir - FOTO

Bakının bu küçəsi təmir edilir - FOTO
28 Sent 2022 16:58

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 1 400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmirinə başlayıb.

Bildirilir ki, sözügedən küçədə köhnə örtük söküləcək, əsasın yararsız hissələri qazılaraq çıxarılacaq, əks dolğu işləri aparılmaqla yeni yol əsası inşa ediləcək.

Daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.

Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Qeyd edək ki, Xətai rayonu ərazisində ümumi uzunluğu 5 880 metr olan 5 küçədə (Şirin Mirzəyev (660 metr), Corat (1 420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1 250 metr) küçələri və Boru keçidinin döngələrində (1 650 metr)) təmir işləri icra olunaraq yekunlaşdırılıb.

Əsaslı təmirinə yeni başlanılmış Cavançir küçəsi ilə yanaşı 980 metr uzunluğa malik Nazim Şükürov küçəsinin də hazırda təmiri icra olunur. Yaxın günlərdə isə ümumi uzunluğu 5 km olan Polad Həşimov küçəsinin və ona birləşən yolların təmirinə başlanılması planlaşdırılır. Beləliklə Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.

Agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.


29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

29 Mar 2024
Cəmiyyət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.