Prezident: “Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir”

Prezident: “Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir”
26 Sent 2022 14:03


“Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir”.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Əminəm ki, səfəriniz çox faydalı və xoş olacaq. Əvvəlki görüşümüzü xatırlayıram. Vaxt sürətlə keçir. Azərbaycana sizin səfərinizdən dörd il keçir. Lakin bu müddətdə parlamentlərarası əlaqələr sürətlə inkişaf edib. Dövlət Duması ilə də, Federasiya Şurası ilə də həm rəhbərlik səviyyəsində, həm də deputatlar səviyyəsində daim əlaqə saxlamışıq. Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir və bu münasibətlər çox müsbət dinamikaya malikdir. Əlbəttə, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər də dinamizmin saxlanmasına şərait yaradır. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyinə fikir versək, o, kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. Əməkdaşlığımızın o qədər də fəal olmadığı sahələri göstərmək daha asan olar. Ona görə ki, həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük. Əsas məsələ nəticəyə hədəflənməkdir. Çünki razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir. Ona görə biz burada yalnız müsbət nəticə olduğunu deyə bilərik. Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir”, - Prezident vurğulayıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.