Rusiya Dövlət Dumasının sədri Bakıya gəlib - YENİLƏNİB + VİDEO

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlib - YENİLƏNİB + VİDEO
26 Sent 2022 11:46


Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.

hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, 2020-ci il sentyabrın 23-də Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib. O, daha əvvəl 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.

09:12

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Bu barədə qanunverici orqanın saytında məlumat verilib.

Bildirilir ki, səfər zamanı onun Azərbaycan Respublikasının Milli Məclisinin rəhbərliyi ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, Volodin bundan əvvəl 2018-ci ildə Bakıda rəsmi səfərdə olub. Bundan başqa, 2020-ci ilin sentyabrında Moskvada Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Mənbə: Duma.gov.ru

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

18 Apr 2024
Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar. 

18 Apr 2024
Cəmiyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.

18 Apr 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 18 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.