Andorra şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyir – FOTO

Andorra şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyir – FOTO
26 Sent 2022 09:28


Andorra şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən realpress.az-a verilən məlumata görə, bu barədə Andorra Knyazlığının xarici işlər naziri Maria Ubac Font Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

C.Bayramov iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və Andorra ilə bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğumuz diqqətə çatdırılıb. Nazir görüş zamanı, qarşı tərəfə bölgəmizdə post-münaqişə dövründə yaranmış son vəziyyət barədə məlumat verib.

Maria Ubac Font Azərbaycan ilə Andorra arasında münasibətlərdən məmnunluğunu bildirib. O, hər iki ölkənin dağlıq ərazidə yerləşdiyini nəzərə alaraq, bir sıra beynəlxalq təşkilatlarda bu istiqamətdə mövcud forumlarda əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını diqqətə çatdırıb. Andorranın xarici işlər naziri Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğu baxımından yerli şirkətlərin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında müzakirələr aparılıb.


15 Apr 2024
Cəmiyyət

İmtahan nəticələri elan olundu

Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub.

15 Apr 2024
Cəmiyyət

Azərbaycanda aqrar sektor 1 % böyüyüb

Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

15 Apr 2024
Cəmiyyət

Ötən həftə 476,7 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

15 Apr 2024
Cəmiyyət

Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib

Milli parklara bayram tətili günlərində 5 mindən artıq turist səfər edib.

15 Apr 2024
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6 769 nəfər və ya 0,1 faiz artaraq bu ilin mart ayının 1-i vəziyyətinə 10 187 539 nəfər təşkil edib.