Polad Şirinovun qardaşı: “4 gün sonra danışarıq” dedi, şəhid xəbərini aldıq” - FOTO

Polad Şirinovun qardaşı: “4 gün sonra danışarıq” dedi, şəhid xəbərini aldıq” - FOTO
23 Sent 2022 16:44


Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri də Polad Seyran oğlu Şirinovdur. 

Əslən Yardımlı rayonundan olan şəhid Polad Şirinov 2002-ci il oktyabrın 5-də dünyaya göz açıb və Bakıda böyüyüb.

2009-cu ildə 1-ci sinfə Binəqədi rayonu 182 saylı məktəbdə gedib. Sonra təhsilini 4-cü sinifdən etibarən Suraxanı rayonu 315 saylı orta məktəbdə davam etdirib. Karate və kikboks kimi idman növləri ilə məşğul olub. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib və bitirəndən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.

”Rəhmətlik atamın arzusu idi ki, Polad Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etsin. Elə də oldu... İndi hər ikisi də bir-birinə qovuşub”.

Bu sözləri Bizim.Media-ya şəhidin qardaşı Zülfüqar Şirinov deyib.

Onun sözlərinə görə Polad hərbi xidmətə gedəndən sonra namaz qılmağa başlayıb və oradakı yoldaşlarından torpaqla necə qüsul almağı öyrənirmiş:

“Bizə bu barədə heç vaxt danışmayıb. Hətta yoldaşlarına “ailəmin xəbəri olmasın” deyirmiş. Sonuncu dəfə sentyabrın 11-də danışdıq. “4 gün sonra əlaqə saxlayacağam” dedi. Ayın 15-i şəhid xəbərini aldıq”. 

Zülfüqar Şirinovun sözlərinə görə qardaşının arzuları çox idi:

“Təəssüf ki, onlar yarım qaldı və sonadək reallaşdıra bilmədi. Amma ən ali zirvəyə yüksəldi və müqəddəs şəhid adını aldı. Qürurumuzdur”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Polad Şirinov Azərbaycan himni sədaları altında II Fəxri xiyabanda dəfn edilib.

Şəhidimizin oktyabrın 5-də 20 yaşı tamam olacaqdı...

Məkanı cənnət olsun!


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.