“Səngərdə olan qardaşlarımızın daim yanındayıq” - 16 medalla təltif olunan qazi + FOTO

“Səngərdə olan qardaşlarımızın daim yanındayıq” - 16 medalla təltif olunan qazi + FOTO
23 Sent 2022 09:06


“Düşmən sentyabrın 12-si və 13-də törətdiyi təxribatların cavabını aldı. Lokal əməliyyat keçirildi. Düşmən nə qədər ki təxribatlara əl atacaq, qarşısında daim Azərbaycan Ordusunu görəcək”.

Bu sözləri realpress.az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə deyib.

Onun sözlərinə görə, son döyüşlərdə yaralanan əsgərlər yenidən döyüşə qayıtmaq istədiklərini bildiriblər:

“12-13 sentyabrda yaralanan yoldaşlarımızı ziyarət etdim. Hamısı döyüşə qayıtmaq istəyirdi. 44 günlük müharibədə də belə idi. Yaralansalar belə, təxliyə olunmaq istəmirdilər. Bir hədəf var idi, o da irəli getmək. Təxliyə olunanlar da iki gün sonra döyüş meydanına qayıdıb gəlirdilər”.

Vətən müharibəsi qazisi hərbiyə atasının tövsiyəsi ilə yollandığını deyib:

“Hərbiyə marağım valideynimin tövsiyəsi ilə olub. Vətən müharibəsində unuda bilmədiyim çox anlar oldu. Sözlə ifadə etmək mümkün deyil. Yaşayıb görəsən gərək. Yoldaşlarımın şəhid olması, Şuşa əməliyyatları - bunlar heç vaxt ağlımdan çıxmayacaq. Yaralıları özümüzlə birlikdə irəli aparırdıq. Çünki hər kəs o yerləri görmək arzusunda idi. Şükür Allaha, qalib gəldik”.

Bəhruz Məmmədzadə deyir ki, döyüş zamanı irəli gedəndə dua edirmişlər ki, işlərini sonlandırmamış şəhid olmasınlar:

“Şəhidlik uca zirvədir. İlk günlərdə itki olmasını istəmirdik. Çünki hər kəs axıra qədər gedib, o anı görmək istəyirdi. Hərbçilərin bir məqsədi olur - o da qarşıya qoyulan tapşırığı yerinə yetirmək. Kaş 44 günlük zəfərimizi şəhid olan qardaşlarımız da görərdilər”.

Vətən müharibəsi qazisi sonda səngərdə olan əsgərlərə müraciət edib:

“Səngərdə olan əsgərlərimizə demək istərdim ki, mətin olsunlar. Böyük qardaşları olaraq hər zaman onların yanındayıq. Sentyabrın 12-də də biz könüllü olaraq öz bölmələrimizə müraciət etdik. Onların yanında olmaq istədik. 44 günlük müharibədə Azərbaycan xalqı necə arxa-dayaq oldusa, biz də o qaydada əsgərlərimizin yanında olacağıq”.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Şuşa döyüşündə yaralanıb. Kəllə-beyin travması alıb. Döyüşlərdə fərqləndiyinə görə 16 medalla təltif olunub. Bunların sırasına yubiley və xüsusi xidmət medalları da daxildir.


24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.