Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO

Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO
22 Sent 2022 15:26


Azərbaycan kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Laçın rayonuna səfəri başlayıb.

realpress.az-ın məlumatına görə, mediatur iştirakçıları öncə Prezident İlham Əliyevin ötən gün baş çəkdiyi və inşası ilə maraqlandığı Laçın Beynəlxalq Hava Limanının iki hissədən ibarət giriş tunelində olublar. Bu tunel yolun 32-ci km-də yerləşir və sayca yeddincidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağdakı layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, uzunluğu 2,4 km olacaq tunelin 350-400 metrlik hissəsi artıq hazırdır:

“Tunel iki hissədən - iki gediş və iki gəliş yolundan ibarətdir. Hər tunelin hündürlüyü səkkiz metr, nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən hündürlüyü isə 5,5 metrdir. Tunellərin eni 12 metr olsa da, burada hərəkət hissəsi səkkiz metrdir. Tunellər bir-birindən 18 metr aralıda yerləşir”.

Ə.Hüseynovun sözlərinə görə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bu da mövcud 109 km-lik yolun 33 km qısalaraq 76,3 km-ə düşməsinə imkan yaradacaq.

Photostock.az səfərdən fotoreportaj hazırlayıb. 

Daha çox foto burada: Photostock.az


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.