Yeddi yaşlı qız ağır yanıq xəsarətləri alıb - FOTO

Yeddi yaşlı qız ağır yanıq xəsarətləri alıb - FOTO
21 Sent 2022 17:00


İyunun 4-də Şamaxıda baş verən bədbəxt hadisə zamanı iki uşaq xəsarət alıb.

Bu barədə realpress.az-a uşaqların anası Niyazova Ülviyyə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Həmin gün yoldaşım Niyazov Zaur işdə idi. Mən isə mağazaya getmişdim. Bu zaman evdə qısaqapanma olub və ev tamamilə yanıb. Övladlarım - 2017-ci il təvəllüdlü Niyazov Ayaz və 2015-ci il təvəllüdlü Niyazova Təranə - yanıq xəsarətləri alsalar da, qızım daha çox yanıb. Qızıma 4-cü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Hadisədən aylar keçsə də, qızımın vəziyyəti yaxşı deyil. Onun bir əli əməliyyat olunub. Budundan dəriköçürmə əməliyyatı edilib. İndi isə yanan digər əli əməliyyat edilməlidir. Bunun üçün isə bizə 900 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 051 660 76 38

Milliön - Bank Respublika - Hesaba mədaxil - 2243 4330 - AZE 00093898
- Kart-to-kart - 5235 2222 2243 4330 Ulviyya Niyazova

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Təranə Niyazovanın ailə üzvü ilə telefon vasitəsilə əlaqə saxlanılıb:

“Vətəndaş ağır dərəcəli termiki yanıq diaqnozu üzrə Nərimanov Tibb Mərkəzində stasionar şəraitdə müalicə olunur. O, icbari tibbi sığorta ilə qarşılanan dərman vasitələri ilə təmin edilir və müvafiq tibbi xidmətlər pasiyentə göstərilir. Lakin icbari tibbi sığortanın Xidmətlər Zərfinə qeyd olunan diaqnoz üzrə dəri köçürülməsi əməliyyatı daxil deyil. Bu səbəbdən ailə pulyığma aksiyasının keçirilməsinə ehtiyac duyur”.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.