Qazi: "Yaralanmışdım, amma Vətənin havası ağrılarımı unutdurmuşdu"

Qazi: "Yaralanmışdım, amma Vətənin havası ağrılarımı unutdurmuşdu"
19 Avq 2022 13:32

"Yaralanmışdım, amma Vətənin havası ağrılarımı unutdurmuşdu".

 bunu əslən Qubadlıdan olan Vətən müharibəsinin iştirakçısı Pərvin Rzayev bildirib.

Onun sözlərinə görə, xüsusi təyinatlı kimi öyrəndiyim hər şey müharibədə köməyimə çatdı: "Qubadlıya daxil olanda atama zəng vurdum. Atam sevincdən telefonda ağladı. Bu hisləri sözlə ifadə etmək qeyri-mümkündür..."

"Xoşbəxtəm ki, dədə-baba yurdlarımızın, əcdadlarımızın doğulduğu torpaqların geri qaytarılmasında mənim də payım oldu"- P.Rzayev vurğulayıb.

Qazi qeyd edib ki, müharibədən əvvəl evləri olmayıb, babasının evində yaşayırmış: "Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı yeni yaşayış kompleksində üçotaqlı, tam təmirli mənzillə təmin edildik".

Hətta P.Rzayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə özünüməşğulluq proqramına da cəlb olunun və özünə yeni iş qurub.

Döyüşçü yoldaşları ilə keçdiyi şərəfli yoldan yorulmadan danışan qazi Prezident, Ali Baş Komandan İlham Əliyevə xüsusi diqqətinə görə təşəkkür etməyi də unutmur.

Qeyd edək ki, P.Rzayev Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbi bitirib. Həvəskar futbolla və tennislə məşğul olub. Bank, sonra isə digər xidmət sektorlarında çalışıb. Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən P.Rzayev 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən haqq savaşımızda qəhrəmanlıq göstərən qazi Laçın, Qubadlı və Füzuli istiqamətində döyüşüb. Laçın döyüşlərində yaralanan qazi indi sol ayağında üç qəlpə ilə yaşayır. Müharibədə həmçinin qapalı kəllə-beyin travması alıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Pərvin Namiq oğlu Rzayev “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.