Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu bildirib

Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu bildirib
18 Avq 2022 15:05


Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib. Kiyevdən gələn bu təklif Moskva tərəfindən həmişə “Liderlərin həll edəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib.

Lakin Lvovda keçiriləcək üçtərəfli sammit (Türkiyə-Ukrayna-BMT - red.) öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə edilir. Rusiya mənbələrindən verilən xəbərə görə, Vladimir Putin 5 avqust Soçi sammitində Ukrayna lideri Volodimir Zelenski ilə görüşə biləcəyinə eyham vurub.

Rusiyanın Ukrayna ilə danışıqlarda ilk münasibəti: “İlk növbədə nümayəndə heyətləri yol xəritəsini müəyyən etsinlər. Liderlər daha sonra sammit keçirsinlər”, - formasında idi.

İndi isə müharibəni dayandırmaq üçün Rusiya tərəfinin təklifi: “Əvvəl liderlər müzakirə edib yol xəritəsini müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”, - formasını alıb.

Mənbə: CNN Türk

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.