İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib
10 Avq 2022 17:12


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ramtan Lamamranı qəbul edib.

Ramtan Lamamra Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelməcid Tebbunun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb. Nazir bildirib ki, Əlcəzair Prezidenti Azərbaycanda gedən inkişaf proseslərini və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına çox uğurlu rəhbərliyini böyük maraqla izləyir.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Abdelməcid Tebbuna çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı Əlcəzairin Qoşulma Hərəkatı çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərə, eləcə də Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması ilə bağlı qərara verdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyev OPEC+ formatında da Azərbaycanla Əlcəzairin uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Gələcəkdə əməkdaşlığın daha səmərəli və fəal şəkildə aparılması üçün bir çox sahələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi, ticarət, biznes və enerji sahələrində əlaqələri genişləndirməyin zəruriliyini bildirib.

Prezident İlham Əliyev Ramtan Lamamranın ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Qonaq bildirib ki, gözəl, qardaş ölkə olan Azərbaycana səfərdən məmnundurlar və o, göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Öz növbəsində əlaqələrimizin genişlənəcəyinə əminliyini ifadə edən Ramtan Lamamra ölkələrimizin bir-birinə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycan ilə Əlcəzair arasında qarşılıqlı etimadın mövcudluğunu məmnunluqla qeyd edib və bunun bir çox sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün çox səmərəli nəticələr verə biləcəyini bildirib.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.