Daha 150-dək müharibə əlilinin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib - FOTO

Daha 150-dək müharibə əlilinin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib - FOTO
05 Avq 2022 10:43


Artıq 11 minədək müharibə əlilinə proaktiv qaydada müavinət təyin olunaraq ümumilikdə 66,5 milyon manatadək vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hesablarına vəsait köçürülmüş Birinci Qarabağ müharibəsi əlillərinin bir qismi bu gün də onlara təyin edilmiş ödənişləri əldə ediblər.

Onlar birdəfəlik ödəmələrin verilməsinin Prezident İlham Əliyevin qazilərə göstərdiyi diqqətin növbəti təzahürü olduğunu vurğulayıblar, ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildiriblər.

Eləcə də, sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib və yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək. Bu barədə hər birinə SMS göndəriləcək.

Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.