Azərbaycanda dəyəri 2,3 milyard olan aqroparklar yaradılır

Azərbaycanda dəyəri 2,3 milyard olan aqroparklar yaradılır
05 İyul 2022 16:46


Ölkəmizdə aparılan uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq, yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb.

realpress.az-ın məlumatına görə, aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfə verməkdədir.

Hazırda ölkənin 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.

Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq, ikisi isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.

Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə müsbət təsir göstərir.

Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur.  

İndiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb, onlardan 26-na investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.
Aqroparklarda ümumi olaraq 4500-dək daimi, 6300-dən çox isə mövsümü işçi çalışır.

Hazırda aqroparklarda klasterləşmə istiqamətində işlər görülür. Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır.

Əsas klasterlər bunlardır: Taxıl və toxum istehsalı (1), Ət və süd istehsalı (2), Kartof istehsalı (3), Meyvə emalı (4), Bitki yağı istehsalı (5), Çay və sitrus meyvələri istehsalı (6). Aqroparkların aqrar-sənaye klasterlərində birləşməsi ölkəyə investorların cəlb olunmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin və ixracının artırılmasına, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsul istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və regionlarda məşğulluğun təmin edilməsinə şərait yaradacaq.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

18 Apr 2024
Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar. 

18 Apr 2024
Cəmiyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.

18 Apr 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 18 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.