Ukrayna Türkiyə və BMT ilə taxıl ixracının təhlükəsizliyi ilə bağlı danışıqlar aparır

Ukrayna Türkiyə və BMT ilə taxıl ixracının təhlükəsizliyi ilə bağlı danışıqlar aparır
05 İyul 2022 16:36

Rəsmi Kiyev Türkiyə və BMT ilə Ukrayna taxılının ixracı üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparır.

“Realpress.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderssonla görüşündən sonra deyib.

“Həqiqətən də, biz hazırda Türkiyə tərəfi və BMT ilə limanlarımızdan çıxan taxılın təhlükəsizliyinə xüsusi cavabdeh olan nümayəndələrimizlə danışıqlar aparırıq. Bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə güvənmədiyimiz Rusiya istisna olmaqla kiminsə zəmanət verməsi çox vacibdir. Ona görə də bizə bu və ya digər qida məhsullarını yükləmək üçün gələcək bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə ehtiyacımız var. Hazırda Türkiyədə məhz bunun müzakirəsi gedir”, - Ukrayna lideri qeyd edib.

V.Zelenski vurğulayıb ki, Kiyev birbaşa BMT-nin Baş katibi Antonio Quterreşlə işləyir. Onun sözlərinə görə, BMT danışıqlarda aparıcı mövqe tutur:

“İndi onlar vasitəçiliklə məşğul deyil, lider mövqe tuturlar. Bizə elə gəlir ki, onlar bu prosesə rəhbərlik etməyə hazırdırlar. Bizim tərəfdən Ukrayna dövləti vaxt itirmir və biz müxtəlif yollar üzərində işləyirik – taxılın ixracı üzrə istər dəmir yolu, istərsə də çay yolları üzərində. Biz günbəgün ixracımızı artırırıq”.

Eyni zamanda dövlət başçısı Ukrayna taxılının ixracını çətin missiya adlandırıb, lakin bu, onun fikrincə, “mütləq ki mümkündür”. Prezidentin sözlərinə görə, hazırda Ukraynada 22 milyon ton taxıl var, payızda təxminən daha 60 milyon ton taxılın olacağı gözlənilir.


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.