Meksikanın Verakruz ştatının Boka-del-Rio şəhərində qadınlar və bir uşaq daxil olmaqla 7 nəfərlik ailə qətlə yetirilib.
“Realpress.az” xəbər verir ki, bu barədə yerli prokurorluğun mətbuat xidməti tviterdə bildirib.
“Biri azyaşlı olmaqla üç qadın və dörd kişinin ölümü ilə bağlı cinayət işi açılıb”, - mətbuat xidməti vurğulayıb.
Meksikada son illərdə qəsdən adam öldürmələrin sayı bir qədər azalıb. Hökumətin məlumatına görə, 2022-ci ilin ilk 5 ayında 10 838 belə cinayət qeydə alınıb.
"Misirlə sülhün ən yaxın zamanda təmin olunmasını arzulayırıq".
"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.
Donetsk vilayətində rusiyalı diversantlar məhv edilib.