KİV: "Rusiyadakı məhkumlar Ukraynada döyüşmək üçün "Vaqner" dəstəsinə cəlb olunmağa başlayıb"

KİV: "Rusiyadakı məhkumlar Ukraynada döyüşmək üçün "Vaqner" dəstəsinə cəlb olunmağa başlayıb"
05 İyul 2022 14:56

Rusiyanın Sankt-Peterburq şəhərində islah-əmək koloniyalarındakı məhbuslar “Vaqner” özəl hərbi şirkətinə “könüllü” qismində cəlb olunmağa başlayıblar.

“Realpress.az” xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşrinə məhkumların yaxınları məlumat verib.

“Əvvəlcə dedilər ki, təxminən 20 faiz qayıdacaq. Sonra isə, demək olar, heç kimin qayıtmayacağını. Sağ qalanlara 200 min rubl (6 100 manat – red.) məbləğində mükafat və amnistiya söz veriblər. Ölərsə, ailəsinə 5 milyon rubl (152 500 manat – red.) ödəniləcəyini vəd ediblər. Bütün bunların hamısı sözdədir, kağızda heç nə qeyd edilməyəcək”, - məhbusun qohumu açıqlayıb.

Bildirilib ki, məhkumların Donbasa səfəri etap olaraq sənədləşdiriləcək və sərhədədək konvoylarda aparılacaqlar.

Eyni zamanda onlara ön xətdə olacaqları və heç də hamının qayıtmayacağına dair xəbərdarlıq edilib.

Xatırladaq ki, mayın 31-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donbasda Rusiyaya bağlı “vaqnerçi” muzdluların əksəriyyətinin məhv edildiyini açıqlamışdı.


23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.

23 Apr 2024
Dünya

Malayziyada helikopterlər təlim zamanı qəzaya uğradılar - ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində hərbi parada hazırlaşan helikopterlərin təlim uçuşu zamanı qəza baş verib.