Azərbaycanda ilk dəfə yaranan milli parklar: Bu gün giriş pulsuzdur

Azərbaycanda ilk dəfə yaranan milli parklar: Bu gün giriş pulsuzdur
05 İyul 2022 13:36


Bu gün Şirvan və Ağgöl milli parklarının yaranması günüdür. 

Onların hər ikisi Azərbaycanda ilk dəfə yaradılan milli parkdır.

Hər iki park 2003-cü il 5 iyul tarixlində ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub-saxlanılması üçün yaradılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev realpress.az-a açıqlamasında bildirib ki, hər iki parkda bu gün “açıq qapı” günüdür:

“Bu gün hər iki milli parka giriş pulsuzdur. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub-saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Parkda ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil edilib”.

O qeyd edib ki, Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir:

“Ağgölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilib.

Hər iki milli parka turistlərin marağı böyükdür. Milli parklara səyahət edənlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə və dincələ bilərlər”.


19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.