Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək

Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək
05 İyul 2022 12:03


İyulun 15-dən etibarən Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək.

realpress.az xəbər verir ki, onlar BMT İnkişaf Proqramının (BMTİP) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana biləcəklər.

Ödənişsiz hüquqi xidmət BMTİP-in “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək istiqamətində gördüyü işlərə dəstək olmaqdır.

Hazırda Ağcabədi, Biləsuvar, Bərdə, Sumqayıt, Neftçala, Masallı, Xaçmaz, Sabirabad, Salyan, Qusar, Zaqatala, Tərtər, Füzuli rayonlarında və Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. 

Layihə çərçivəsində, həmçinin regionlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulub. İlk təlim kursu 4-5 iyul tarixlərində Masallıda təşkil olunub. 14 rayonun hüquqşünaslarının iştirak etdiyi bu təlimçilərin təlimi kursu inzibati və mülki hüquq üzrə pulsuz xidmətlərin göstərilməsinə həsr olunub.

Təlimə cəlb edilmiş hüquqşünasların beş ay müddətinə rayonlarda vətəndaşlara ödənişsiz hüquqi xidmətlər göstərməsi nəzərdə tutulub.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.