Özbəkistanın Qaraqalpaqıstan ərazisində kütləvi iğtişaşlar zamanı 18 nəfər ölüb.
“Realpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aksiyalar nəticəsində, həmçinin 243 nəfər yaralanıb.
Bildirilir ki, yaralananlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.
Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.