Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcəklər - FOTO

Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcəklər - FOTO
04 İyul 2022 12:25


Azərbaycan və Özbəkistanın əhəmiyyətli beyin mərkəzləri arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.

realpress.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Vüsal Qasımlının Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə razılaşdırılıb.

Görüşdə V.Qasımlı Prezident İlham Əliyevin Özbəkistana səfərini xatırladıb, ölkələr arasında əməkdaşlıq potensialının böyük olduğunu bildirib. O, əməkdaşlığın 3 əsas istiqamətinin mövcud olduğunu vurğulayıb. Bunlar ticari dövriyyənin artırılması istiqamətində iqtisadi əməkdaşlıq, hər iki ölkəyə qarşılıqlı olaraq investisiya layihələrinin cəlb edilməsi və nəqliyyat-logistika istiqamətində strateji işbirliyinin inkişafıdır.

İcraçı direktor həmçinin Özbəkistanın 44 günlük Vətən müharibəsi dövründə və daha sonra işğaldan azad edilmiş ərazilərin bərpa prosesində göstərdiyi dəstəyi xüsusi vurğulayıb və təşəkkürünü bildirib.

A.Nematov isə Azərbaycana ilk səfərindən çox məmnun olduğunu bildirib, əlavə edib ki, bir müddət əvvəl prezidentlərin görüşü və onların rəhbərliyi ilə imzalanan sənədlərin icrası hər iki ölkəni Mərkəzi Asiyada transregional mərkəzə çevirə bilər. Özbəkistan rəsmisi ölkəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının hazırda 300-dən çox olduğunu əlavə edib və sənaye sahəsində əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.

Qonaq ölkəsinin Azərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakından, eləcə də Füzulidə Özbəkistanda “Prezident məktəbi” kimi tanınan yeni tipli məktəbin tikiləcəyindən danışıb.

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.