Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Dəyişikliklə 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800 000 manat, xərcləri 32 303 800 000 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624 000 manat, yerli gəlirləri 1 030 176 000 manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684 000 manat, yerli xərcləri 1 070 116 000 manat) məbləğində təsdiq edilib.
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.
Executive MBA Proqramı regionda ən yaxşı MBA seçimlərindən biri hesab edilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.