Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə Prezident.az məlumat yayıb.
Sərəncama əsasən:
1. Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.
2. Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib.
3. Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.
4. Aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər:
Hüseynov Kənan Zakir oğlu
Hüseynov Zaur Nazim oğlu
İmanov Zaman Şakir oğlu
Şirinov Gündüz Əhməd oğlu
Tağıyev Cavid Tahir oğlu.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.
Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.