İsveçin Baş naziri: "Türkiyə ilə razılaşmanın arxasında dayanırıq"

İsveçin Baş naziri: "Türkiyə ilə razılaşmanın arxasında dayanırıq"
01 İyul 2022 10:50

“Türkiyə ilə razılaşmanın arxasında dayanırıq”.

“Realpress.az” xəbər verir ki, bunu İsveçin Baş naziri Maqdalena Andersson SVD qəzetinə açıqlamasında bildirib.

Baş nazir vurğulayıb ki, Türkiyənin daha əvvəl də ekstradisiya tələbləri vardı. "Əlbəttə ki, razılaşmada nə varsa, ediləcək. Türkiyə daha əvvəl ekstradisiya tələbləri etmişdi, biz də bununla məşğul olmuşuq. Bəzən deportasiya etmişik, çox vaxt da olmayıb. Anlaşmanın yüz faiz arxasındayıq”, - Baş nazir qeyd edib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçlə imzalanan anlaşma memorandumu başlanğıcdır, dəvətdir. Türkiyə lideri vurğulayıb ki, İsveç və Finlandiya əvvəlcə öz öhdəliklərini yerinə yetirməlidir.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.