"Neftçi"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi rəqiblərdən biri bəlli olub.
“Realpress.az”ın məlumatına görə, "ağ-qaralar" ötən mövsüm I Liqaya vəsiqə qazanan "Sakaryaspor" klubu ilə qarşılaşacaq.
İyulun 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək kİ. iyulun 1-də Boluya yollanacaq "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.
Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.