"Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək, "Zirə" ilk sınağına çıxacaq

"Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək, "Zirə" ilk sınağına çıxacaq
29 İyun 2022 16:44

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 2 yoxlama matçı keçirəcək.

“Realpress.az”ın məlumatına görə, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Holştayn Kiel" komandası ilə üz-üzə gələcək. "St. Ulrix" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. "Yenbax" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

"Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın "Botoşani" komandasını darmadağın edib - 4:0.

Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" isə ilk sınağına çıxacaq. "Qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Yoxlama oyunları

29 iyun

14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya)

"St. Ulrix" stadionu

20:30. "Qarabağ" - “Universitatya Krayova” (Rumıniya)

"Yenbax" stadionu

18:00. "Zirə" - "Hermanştadt" (Rumıniya)

Bolu


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.