Mahir Emreli: "Özümdən daha çox şey gözləyirəm"

Mahir Emreli: "Özümdən daha çox şey gözləyirəm"
29 İyun 2022 14:53

"Yaxşı oynadıq, amma özümdən daha çox şey gözləyirəm".

“Realpress.az”ın məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Sloveniya "Nafta"sına 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu barədə danışarkən deyib.

25 yaşlı hücumçu bildirib ki, səhər məşqindən sonra matça çıxmaq asan deyildi: "Hazırlıq dövründə bunlar normal şeylərdir. İnanıram ki, ilk rəsmi matçadək formada olacağıq".

Ötən il koronavirusa yoluxduğunu söyləyən Azərbaycan millisinin forvardı həmin vaxt tam hazırlaşa bilmədiyini vurğulayıb: "Mənə ağır idi. Amma indi özümü yaxşı hiss edirəm. Çünki ilk gündən komandanın məşqlərində iştirak edirəm. Bu atmosferi hiss etmək önəmlidir".

Görüşdə sonuncu qolun müəllifi olan futbolçu çıxışından razı qalmadığını əlavə edib.

Qeyd edək ki, Mahir Emreli "Nafta"ya qarşı görüşdə sonuncu qolun müəllifi olub. O, 83-cü dəqiqədə fərqlənib.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.