"Zirə"nin rəqibi afrikalı futbolçu ilə müqaviləni yeniləyib

"Zirə"nin rəqibi afrikalı futbolçu ilə müqaviləni yeniləyib
28 İyun 2022 12:43

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubu futbolçusu Parfe Giaqonla müqaviləni yeniləyib.

“Realpress.az” Təl-Əviv təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kot d İvuarlı yarımmüdafiəçi ilə 3+1 illik sözləşmə imzalanıb.

2019-ci ildən paytaxt klubunda çıxış edən 21 yaşlı oyunçu ötən həftə koronavirusa yoluxub. 2021/2022 mövsümünü icarə əsasında Netaniya "Makkabi"sində keçirib və 29 oyuna 5 qol vurub.

Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.