Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Mən CMI Offshore tərəfindən layihələndirilən və ASCO CJSC (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) ilə əməkdaşlıq çərçivəsində inşa edilən dünyada ilk hava yastığı üzərində yeriyən barjanı ziyarət edib.
Bu barədə səfir Twitter hesabında yazıb.
“Mən CMIOffshore tərəfindən layihələndirilən və ASCO CJSC (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi -red) ilə əməkdaşlıq çərçivəsində inşa edilən dünyada ilk hava yastığı üzərində yeriyən barjanı ziyarət etdim. Bu barja qabaqcıl Böyük Britaniya gəmi dizayn və istehsalının və Böyük Britaniya – Azərbaycan əməkdaşlığının gözəl nümunəsidir”, - səfir qeyd edib.
Mən @CMIOffshore tərəfindən layihələndirilən və @ASCO_CJSC ilə əməkdaşlıq çərçivəsində inşa edilən dünyada ilk hava yastığı üzərində yeriyən barjanı ziyarət etdim. Bu barja qabaqcıl
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.