Bakıda İnvestisiya Sammiti keçiriləcək - FOTO

Bakıda İnvestisiya Sammiti keçiriləcək - FOTO
25 İyun 2022 09:22


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Bu barədə KOBİA-dan bildirilib.

Görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından və birgə tədbirlərin təşkilindən məmnunluq ifadə edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2021-ci ilin 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KOBİA və ICYF-in təşkilatçılığı ilə keçirilmiş tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Necmettin Bilal Erdoğan, Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz və s. spiker qismində çıxış ediblər.

Sammit çərçivəsində Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş Qarabağın biznes və investisiya potensialı, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri, post COVID dövründə iqtisadiyyatın bərpası, startap layihələrinə investisiya qoyuluşu kimi mövzularda 7 panel iclas təşkil olunub, İƏT-ə üzv ölkələrdən 50 yeni startapın təqdim olunduğu sərgi keçirilib.


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.