Həyatının ən gözəl çağında xərçəngdən əziyyət çəkən 15 yaşlı Zeynəbin köməyə EHTİYACI VAR - FOTO/VİDEO

Həyatının ən gözəl çağında xərçəngdən əziyyət çəkən 15 yaşlı Zeynəbin köməyə EHTİYACI VAR - FOTO/VİDEO
24 İyun 2022 11:32


Sümük və sümük iliyini zədələyən kəskin limfoblast leykemiya (xərçəng) xəstəliyindən əziyyət çəkən 15 yaşlı Zeynəbin sizin köməyinizə ehtiyacı var.

realpress.az-la əlaqə saxlayan Babayeva Zeynəbin anası Sevinc xanım qızının fevral ayından Hematologiya və Transfuziologiya İnstitutunda müalicə aldığını, artıq müalicənin ikinci kursunda olduğunu bildirib.

Sevinc xanım qızının müalicəsini maddi imkansızlıq ucbatından davam etdirə bilmədiklərini vurğulayıb.

Zeynəbin yaşamasına biganə yanaşmayan və yardım etmək istəyən şəxslər anası Babayeva Sevinclə (055 254 21 65) əlaqə saxlaya və ya bank hesab nömrəsi vasitəsilə yardım edə bilərlər.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.