Baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.
Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Almaniyanın ölkəmizdə səlahiyyət müddəti bitən səfiri Volfqanq Maniq ölkəsinə qayıdıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 131 vaksin vurulub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.