Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) liderlərinin sammiti başlayıb.
“Realpress.az”ın xəbərinə görə, iclasda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski toplantıya videoformatda qatılacaq.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, artıq Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüyünün vaxtı çatıb. O, Aİ liderlərini Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıb.
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
İsrail Knesseti (parlament) buraxılıb.
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.