AŞPA Ukrayna ilə bağlı üç qətnamə qəbul edib

AŞPA Ukrayna ilə bağlı üç qətnamə qəbul edib
23 İyun 2022 11:15

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna ilə bağlı üç qətnamə qəbul edib.

“Realpress.az” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri (hakim “Xalqın xidmətçisi” fraksiyası) Mariya Mezentseva deyib.

“Bu, heç vaxt olmayıb! Ukrayna ilə bağlı 3 qətnamə. Biz üç mühüm qətnaməni səsə qoyduq və qəbul etdik”, - Mezentseva feysbuk hesabında yazıb.

Deputat bildirib ki, Ukrayna nümayəndə heyətinin düzəlişləri nəzərə alınıb və “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və insanların (ölkə-red) daxili və xaricə köçürülməsi” qətnaməsi təkmilləşdirilib.

“Biz köçkün ukraynalılar üçün mənzillərin maliyyələşdirilməsi probleminin həllinə, hərbi əsirlərin mübadiləsini aktivləşdirməyə çağırırıq. Avropa İttifaqı Aİ ölkələrində müvəqqəti müdafiə almış və orada 90 gündən çox qalan və Ukraynaya gedən şəxslərin qurumun ərazisinə qayıtmaq haqqına aydın hüquqi izahat verməlidir”, - Mezentseva bildirib.


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.