Türkiyənin nazir müavini Azərbaycana təşəkkür edib

Türkiyənin nazir müavini Azərbaycana təşəkkür edib
23 İyun 2022 11:06

Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz Azərbaycana təşəkkür edib.

o, İslam Əməkdaşlıq Gənclər Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının 3-cü iclasının Bakıda təşkilinə görə Azərbaycana, gənclər və idman naziri Fərid Qayıbova minnətdarlığını çatdırıb.

Halis Yunus Ersöz, həmçinin, Azərbaycanın keçmiş gənclər və idman naziri mərhum Azad Rəhimovun xatirəsini yad edib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə V İslam Həmrəylik Oyunlarını uğurla keçirmək niyyətində olduqlarını bildirib: "Bunun üçün əlimizdən gələni edirik. 15-dən çox idman obyekti seçmişik. Hamısı hazır vəziyyətdədir. Burada 24 idman növü üzrə mübarizə gedəcək. 5 mindən çox idmançı və 8 mindən çox qonağı qəbul edəcəyik".

Nazir müavini sentyabrda başqa bir tədbirə ev sahibliyi edəcəklərini vurğulayıb: "Bursada Dünya Köçəri Oyunları keçiriləcək. Bütün qonaqları həmin yarışa dəvət edirəm. İnanıram ki, 2022-ci il bizim üçün idman ili kimi yadda qalacaq".


28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.

28 Mar 2024
Cəmiyyət

Xətaidə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.