İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında - YENİLƏNİB + FOTO

İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında - YENİLƏNİB + FOTO
21 İyun 2022 14:22


İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

Sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslər çıxış ediblər.

Dövlət başçıları memorial kompleksin açılışını ediblər.

Daha sonra Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev memorial kompleksin önünə gül dəstələri qoyublar.

12:15

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

 Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.


30 İyun 2022
Siyasət

İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı - YENİLƏNİB + FOTO/VİDEO

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.

30 İyun 2022
Siyasət

Kamran Əliyev sabiq prokurora vəzifə verdi

Salyan rayonunun keçmiş prokuroru Firdovsi Nemətliyə yeni vəzifə verilib.

30 İyun 2022
Siyasət

İlham Əliyev bir qrup dəniz nəqliyyatı işçisini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

30 İyun 2022
Siyasət

Prezident iki nəfərə fəxri ad verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

30 İyun 2022
Siyasət

Kamaləddin Qafarov: “Azad olunmuş ərazilərdə quruculuq işləri gündən-günə genişlənir”

"Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi bütün dünyanı heyran qoymaqdadır.