Mixeil Saakaşvili əməliyyata ehtiyacı olduğunu bildirib

Mixeil Saakaşvili əməliyyata ehtiyacı olduğunu bildirib
24 May 2022 17:30

“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.

“Realpress.az” xəbər verir ki, bunu Tbilisidə özəl klinikada müalicə olunan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yazdığı məktubunda bildirib.

Yeriməkdə çətinlik çəkdiyini qeyd edən siyasətçi əsasən yataqda olduğunu bildirib: “Səhhətim haqqında bir çox şayiələr olduğundan özümü necə hiss etməyim barədə məlumat açıqlamağa qərar verdim. MRT müayinəsi onurğamda travmanın olduğunu təsdiqləyib, çox güman ki, bu, güc tətbiq edilməklə Qldani həbsxanasına aparılarkən aldığım zədədir. Bu travma, başa düşdüyüm kimi, cərrahi müdaxilə tələb edir. Onurğamda şiddətli ağrılar var, gündə bir neçə dəfə ağrıkəsici verilir. Məndə güclü titrəmə və başgicəllənmə var”.

M.Saakaşvili müayinə zamanı beynində bəzi dəyişikliklərin aşkarlandığını da vurğulayıb.

Qeyd edək ki, M.Saakaşvili mayın 12-də saxlanıldığı Rustavi şəhərindəki 12 saylı həbsxanadan Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb.


19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.

19 Apr 2024
Dünya

Hindistanda dünyanın ən böyük parlament seçkisi başlayıb

Hindistanda dünyanın ən böyük parlament seçkisi başlayıb.