Yens Stoltenberq: “NATO Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırıb”

Yens Stoltenberq: “NATO Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırıb”
24 May 2022 17:24

“Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq NATO-nun iki əsas məqsədi var: Ukraynaya dəstək vermək və gərginliyin daha da artmasının qarşısını almaq”.

“Realpress.az” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən İqtisadi Forumda deyib.

O bildirib ki, NATO və onun müttəfiqləri, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və Türkiyə uzun illərdir Ukraynanı dəstəkləyib, Rusiyanın Ukraynaya son müdaxiləsindən sonra isə bu dəstək əhəmiyyətli dərəcədə artıb.

“Bu gün birbaşa NATO-nun komandanlığı altında hava və dəniz qüvvələri tərəfindən dəstəklənən 40 mindən çox hərbçimiz var, Baltik dənizindən tutmuş Qara dənizə qədər çoxmillətli döyüş qruplarımızı ikiqat artırmışıq və yüksək hazırlıq vəziyyətində olan yüz minlərlə hərbçimiz var”, - o vurğulayıb.

Onun sözlərinə görə, Finlandiya və İsveçin üzvlüyü, digər məsələlərlə yanaşı, NATO ilə Avropa İttifaqı arasında sıx əlaqələri daha da gücləndirəcək.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.