Azyaşlıları qorumaq istədi, qır qazanına yıxıldı: 14 yaşlı oğlanın sizin köməyinizə ehtiyacı var - FOTO

Azyaşlıları qorumaq istədi, qır qazanına yıxıldı: 14 yaşlı oğlanın sizin köməyinizə ehtiyacı var - FOTO
23 May 2022 15:55


Bakıda yeniyetmə oğlan qır qaynayan qazanda yanıb.

realpress.az-ın məlumatına görə, hadisə aprelin 23-də baş verib.

Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan azyaşlılar qazana yaxınlaşıblar. 14 yaşlı Sənan Allahverdiyev onları qorumaq üçün özünü qabağa atıb.

Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 14 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri yanıb.

O, hazırda Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı Şəhər Klinik Xəstəxanası) yanıq şöbəsində müalicə alır. Onun xəsarəti həkimlər tərəfindən dördüncü dərəcəli yanıq kimi qiymətləndirilib.

Qeyd edək ki, yeniyetmənin müalicəsi üçün maddi vəsaitə ehtiyac var. Kömək etmək istəyənlər 055-789-70-72 (ata) nömrəsi ilə əlaqə saxlaya bilərlər.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.